Toy mərasimləri bərpa olunacaq? - DEPUTATDAN TƏKLİF
    • 2-03-2021, 13:04
    • 206

Toy mərasimləri bərpa olunacaq? - DEPUTATDAN TƏKLİF

"Son həftələr koronavirusa yoluxma sayında tənzimlənən volatilliyin müşahidə edilməsi epidemioloji qaydaların icrasına nəzarəti gücləndirməklə, digər sektorlarda da iqtisadi fəaliyyətin bərpasını gündəmə gətirir".

Bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
O vurğulayıb ki, xüsusən də idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədəuyğun olardı: "Toy mərasimlərinin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sferada hələ də açılmaya gedilmir. Daha yaxşı olardı, bəlli standartlar ilə bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımından da vacib hesab olunur". /Publika.az/