Nişan barmağı ürəklə bağlıdır?
    • 23-10-2018, 14:36
    • 4 065

Nişan barmağı ürəklə bağlıdır?

Bəzən iddia edirlər ki, evlilik üzüyünün 4-cü barmaq olan üzük barmağına taxılması bu barmağın digər barmaqların əksinə birbaşa ürəyə bağlanmış olması ilə əlaqədardır.



Bəs gerçək nədir? 

Üzük barmağının ürəklə olan damar və ya sinir əlaqəsi baxımından digər barmaqlardan heç bir fərqi yoxdur. 4-cü barmağın üzük barmağı olaraq seçilməsi tamamilə tarixi və təsadüfidir.

İddianın tarixçəsi

Qədim zamanlarda qərbli insanlar arasında üzük barmağının ürəklə birbaşa əlaqəsi olduğuna inanılırdı. Buna görə də 4-cü barmaq “üzük barmağı” olaraq seçilib. O gündən bu günə qədər bu barmağın digər barmaqlardan fərqli olduğuna dair müxtəlif iddialar irəli sürülür.

Bilgilər

Qərb mədəniyyətində 4-cü barmaqdan ürəyə gedən “vena amoris” (eşq damarı) adlı xüsusi bir damar bağı olduğuna inanılırdı. Gəl ki, belə bir özəl damar yolu həqiqətdə yoxdur. Barmaqlarımızın hər birindəki damarlar oxşar xüsusiyyətlərə sahibdir və 4-cü barmağa xas olan hər hansı bir damar mövcud deyil. Henri Svinbönr adlı bir vəkil tərəfindən yazılan və ölümündən sonra 1686-cı ildə yayımlanan “A Treatment of Espousal or Matrimonial Contracts” adlı bir kitabda bəhsi keçən barmaq-ürək əlaqəsinin ilk olaraq Antik Misirdə olması iddia edilir. Antik Yunanlara dair yazıları ilə məşhur olan Makrobius Ambrosius Teodosiusun böyük ölçüdə təxəyyül məhsulu olan “Saturnalia VII, 13” əsərində bu bağlantıdan söz açılır, ancaq bir “damar”dan çox bir “sinir” əlaqəsi olması dilə gətirilir. Kitabın başqa bir yerində isə əslində bunun gerçək bir bağ olmadığı, daha çox “mistik” bir bağ olduğu iddia edilir. Yenə də bu iddiaların hər hansı bir istinad nöqtəsi yoxdur.

Barmağın hərəkətinə xas olan bir səbəb ola bilərmi?

Müasir dövrdə bu iddianı irəli sürməkdə israr edən millətlərdə olduqca original və qəribə bir arqument irəli sürülür. Məsələn, iddianın bir versiyasında iki əlinizin orta barmaqlarının ikinci buğumları bir-birinə zidddir, digər barmaqlarınız isə ucları bir-birinə dəyəcək şəkildə birləşdirdiyinizdə bütün barmaqlarınızı bir-birindən ayıra bilmənizə baxmayaraq üzük barmağını bir-birindən ayıra bilməmənizə səbəb bu barmağın özəl yaradılmasıdır. Bunun səbəbi, barmaq hərəkətlərini mümkün edən tendonları kontrol edən sinir sisteminin bir-biri ilə kəsişdiyi nöqtənin təsadüfən 4-cü barmağın hərəkətini məhdudlaşdırmasıdır. Bu məhdudlaşdırma da qeyd edilən sinir sistemini əməlli-başlı çətinləşdirən bir vəziyyətə düşdüyündə meydana gəlir.
Əllərimizdə iki böyük sinir mövcuddur: radial sinir və ulnar sinir. Radial sinir əlinizin arxasına və xüsusilə də baş barmağa, şəhadət barmağına və orta barmağın yan tərəfində hökm edir. Ulnar sinir isə əlin xüsusilə də ovuc tərəfinə və kiçik barmaq ilə onun yanındakı barmağın yan tərəfini işlədir. Bu səbəbdən bu iki sinir əli bütövlükdə kontrol etmək üçün bir-biri ilə əlaqə içindədir və bu körpü üzük barmağına çox yaxın bir nöqtədə yerləşmişdir.
Elə bu əlaqənin təsadüf əsəri olaraq 4-cü barmağa çox yaxın olması bəzi vəziyyətlərdə barmağın hərəkətini məhdudlaşdırır. Ancaq bu məhdudlaşdırma sadəcə 4-cü barmaqda deyil, doğru vəziyyətlərdə olarsa üzük barmağı və orta barmaqda da yaranır. Dolayısı ilə, 4-cü barmağa xas olan xüsusi bir vəziyyət deyildir. 
//AFN