Nazirlər Kabinetindən işdən çıxarılan Günəş Vəliyeva hansı icra başçısının bacısıdır?
    • 23-10-2018, 15:19
    • 1 644

Nazirlər Kabinetindən işdən çıxarılan Günəş Vəliyeva hansı icra başçısının bacısıdır?

Bir neçə gün əvvəl, Novruz Məmmədovun qərarı ilə Nazirlər Kabinetinin iki yüksək vəzifəli məmuru işdən çıxarılaraq dövlət qulluğuna xitam verildi. Yayılan məlumatda qeyd olunurdu ki, işdən çıxarılan məmurlardan biri 1994-cü ildən NK-nın hüquq şöbəsinin müdiri olan Günəş Vəliyevadır.

Günəş Vəliyeva 1953-cü ildə Gəncə şəhərində anadan olub. İxtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Elmi-tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda kiçik elmi işçi vəzifəsini icra edən kimi başlamışdır, sonra mütəxəssis, kiçik elmi işçi vəzifəsini icra edən vəzifələrində işləmişdir. 1977-1981-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində baş məsləhətçi vəzifəsində işləyib. 1981-1993-cü illərdə Azərbaycan Respublikası Nazirlər Soveti (sonradan Kabineti) İşlər İdrəsinin hüquq şöbəsində referent, aparıcı mütəxəssis, hüquqi ekspertiza şöbəsinin böyük referenti vəzifələrində çalışıb.1993-1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquq şöbəsinin rəisi olmuşdur.

1994-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatının) Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. 

Nazirlər Kabinetindən işdən çıxarılan Günəş Vəliyeva hansı icra başçısının bacısıdır?


Günəş Vəliyeva Nazirlər Kabinetində sayılıb-seçilən, hörmətli şəxslərdən biri olub. Uzun illər bu postda çalışdığı üçün kifayət qədər ciddi əlaqələrə malik imiş. Daha bir məlumata görə, Günəş Vəliyeva Neftçala şəhər icra başçısı İsmayıl Vəliyevin bacısıdır. Yəqin ki, G.Vəliyeva qardaşının uzun illər icra başçısı postunda qalması üçün müəyyən köməkliyini də əsirgəməyib.

Qeyd edək ki, İsmayıl Vəliyev Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın adamı kimi tanınır.

// Bizimxeber.az