Mövlud Çavuşoğlu Gürcüstanın XİN başçısı ilə görüşüb
    • 3-03-2021, 14:00
    • 421

Mövlud Çavuşoğlu Gürcüstanın XİN başçısı ilə görüşüb

Ankarada Gürcüstanın xarici işlər naziri David Zalkaliani və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu arasında təkbətək görüş keçirilib.

News24.az xəbər verir ki, bu barədə D.Zalkaliani tvitter hesabında yazıb.

O, səmimi qəbula görə dost və həmkarı M.Çavuşoğluya minnətdarlığını bildirib.

XİN başçısı görüşdə ikitərəfli əməkdaşlıq və ölkələr arasında dostluq və strateji tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib.