Haci Şahin vaksin vurdurdu - FOTO
    • 4-03-2021, 15:15
    • 464

Haci Şahin vaksin vurdurdu - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli bu gün koronavirusa qarşı vaksin vurdurub.

News24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib:

"Bu gün vaksinasiyadan keçdik".

Qeyd edək ki, ötün günlərdə ilahiyyatçı vaksinlərin tərkibində dini baxımdan haram maddələrin olması ilə bağlı deyilənlərin yanlış olduğunu bildirmişdi: "Vaksinlərin tərkibində elə bir maddə yoxdur. Ona görə də insanlar bu vaksinlərdən rahat şəkildə istifadə edə bilərlər. Dinimiz nəinki bu məsələləri qadağan edir, əksinə təkid edir. Çünki quranda ayə var ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.