Türkiyədə hərbi avtomobil aşdı - YARALILAR VAR
    • 5-03-2021, 00:12
    • 490

Türkiyədə hərbi avtomobil aşdı - YARALILAR VAR

Türkiyənin Şırnak bölgəsində hərbi maşının aşması nəticəsində 11 əsgər yaralanıb.

News24.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Şırnak-Cizre avtomobil yolunun 25-ci kilometrliyində baş verib. 

Qəzaya səbəb yolun yaş hərbi və sürüşkən olduğu bildirilib.

11 əsgər təcili yardımlarla Şırnak və Cizre dövlət xəstəxanalarına aparılıb.

Əsgərlərin sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.