Toppuş bacı: “Ölməmişəm, sağam”
    • 23-10-2018, 17:30
    • 1 232

Toppuş bacı: “Ölməmişəm, sağam”

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın ölüm xəbəri yayılıb.

Əməkdar artistin yaxın rəfiqəsi Ülviyyə Əliyeva məlumatı təkzib edib.

“Elə indi özü ilə danışmışam. Ölümü ilə bağlı yayılan məlumatlardan xəbəri var idi. Dedi ki, narahat olma, ölməmişəm, sağam. Lakin jurnalistlərdən bu məsələdə diqqətli olmağı xahiş edirəm. Xəstə insana bu cür xəbərlər həqiqətən də pis təsir edir”.

Tünzalə Əliyevanın həmkarı bildirib ki, aktrisa yemək yeyə bilmir: “Yemək yeyə bilmədiyi üçün bəzən özünü pis hiss edir. Kimyaterapiyası bitib, yanvarda yenidən həkim müayinəsindən keçməlidir”.

Qeyd edək ki, aktrisanın bir neçə həftə əvvəl anası vəfat etmişdi.

//Publika.az