"Pfizer" peyvəndi vurduranlar ŞOK KEÇİRİR
    • 10-03-2021, 12:42
    • 273

"Pfizer" peyvəndi vurduranlar ŞOK KEÇİRİR

Yaponiyada "Pfizer" peyvəndindən sonra anafilaktik şok keçirənlərin sayı rekord həddə çatıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, ölkədə peyvənd olunan hər 100 min nəfərdən 17-si şok keçirib.

İnzibati İslahatlar naziri Taro Kononun sözlərinə görə, ölkədə vaksinasiyadan dərhal sonra allergik reaksiya müşahidə edilənlərin sayı Qərb ölkələrindən daha çoxdur.

Bu qərəmlər ABŞ-da milyon nəfər üçün beş, İngiltərədə 20 nəfərdir. 

Anafilaktik şok zamanı tənginəfəslik və ya çətin nəfəs alma, göz qapaqlarının şişməsi, təzyiqin düşməsi müşahidə edilir.