Sumqayıtda yük qatarı avtobusla toqquşdu, ölən var
    • 10-03-2021, 16:45
    • 453

Sumqayıtda yük qatarı avtobusla toqquşdu, ölən var

"Azərbaycan Dəmir Yolları" QSC Sumqayıtda baş verən qatar qəzası ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən News24.az-a verilən məlumatda bildirilib ki, bu gün saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub: “Hadisə nəticəsində qatar tərtibatçısı Abdullayev Murtuz Aleksey oğlu dünyasını dəyişib. Hadisənin baş vermə səbəbi müvafiq orqanlar aidiyyəti üzrə araşdırılacaq və hüquqi qiymət verəcək”.