-
- 11-03-2021, 16:43
- 437
Professor Səhiyyə Nazirliyini TƏNQİD ETDİ: "Vaksinasiyanın təşkilində BOŞLUQLAR VAR"
“İmmuniteti kifayət qədər formalaşan xəstələrin yenidən koronavirusa yoluxma ehtimalı demək olar ki, yoxdur. Çünki antitellər (əks-cisimlər) bədəndə yetərli olanda, virus bədəndə ayılmaq imkanı tapmır”.
Bunu News24.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Professor şəxsi praktikasında koronavirusu əlamətsiz və ya yüngül formada keçirən şəxslərin təkrar yoluxma hallarına rast gəlmədiyini dedi: “Bəzi xəstələr var ki, onlarda anadangəlmə immunitet yüksək olur və ümumiyyətlə, xəstəliyə yoluxmurlar. Yoluxsalar belə klinik əlamətləri olmur.
Koronavirusa yoluxan şəxslər hər zaman dediyimiz kimi, karantin qaydalarına riayət etməli, xüsusilə, qapalı mühitdə maska taxıb, məsafə gözləməli, əllərini dezinfeksiya etməli və vaksinasiyadan yararlanmalıdır”.
Adil Qeybulla qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda ik ölkədir ki, əhalinin vaksinasiyası həyata keçirilir: “Bu, düzgün strategiyadır və kollektiv immunitetə gedən yoldur. Ancaq vaksinasiyanın təşkili işində xeyli boşluqlar var. İş intensiv getmir. Buna cavabdeh olan qurumlar təcili olaraq öz işini yüksək səviyyədə qurmalıdır ki, əhali effektiv vaksinasiya oluna bilsin. Vətəndaşlarımız istənilən yerə gedib, peyvənd vurdura bilməlidir. İndiki halda hər kəsi bir yerə təhkim ediblər. Bu işin təşkili yetərincə qurulmayıb”.
Məhərrəm ƏLİYEV