Ermənistanda 3243 nəfər koronavirusdan ölüb
    • 12-03-2021, 11:05
    • 371

Ermənistanda 3243 nəfər koronavirusdan ölüb

Ermənistanda koronavirus infeksiyasına yoluxma hallarının sayı 177 min 104-ə çatıb.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. 

Qeyd edilib ki, sutka ərzində aşkar olunan yoluxma hallarının sayı 818-dir. 

Bu günə qədər Ermənistanda 3243 nəfər koronavirusdan ölüb. Sutkalıq ölüm sayı isə 4-dür. 835 COVID-19 xəstəsi isə digər səbəblərdən ölüb.