-
- 24-10-2018, 12:30
- 1 024
Azərbaycanda deputatlara qoyulan tələblər dəyişdiriləcək
Deputatların maraqlarının toqquşması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun 11-ci maddəsi (Maraqlar toqquşmasının qarşısının alınması) yeni redaksiyada təklif edilir.
Dəyişikliyə görə, deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.
Hazırki qanunvericilik isə aşağıdakı kimidir:
Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli və qanunsuz olaraq öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Deputat özünün və ya maraqlı şəxslərin mənafelərinin onun vəzifələrini icra etməsinə təsir göstərməsinə yol verməməli və belə təsir üçün şərait yaratmamalıdır.
Deputatın xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməlidir.
Qanun layihəsinə dəyişiklik Milli Məclisin oktyabrın 30-u və noyabrın 2-də keçiriləcək iclaslarında müzakirə ediləcək.