Sumqayıt bulvarında intihara cəhdin qarşısı alındı
    • 14-03-2021, 15:05
    • 458

Sumqayıt bulvarında intihara cəhdin qarşısı alındı

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarda 1 nəfər vətəndaşın intihara cəhd etməsi barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Dalğıc-xilasetmə qrupunun ciddi səyləri nəticəsində vətəndaşın son anda suya atılmasının və intihara cəhdinin qarşısı alınıb.