Gəncədə intihara cəhdin qarşısı alındı
    • 11-03-2021, 09:58
    • 429

Gəncədə intihara cəhdin qarşısı alındı

Gəncə şəhərində intihara cəhdin qarşısı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən alınıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kəpəz rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.