-
- 15-03-2021, 16:34
- 2 257
Bayramımıza zəhər qatan şirniyyatlar - MÖVZU
Novruz bayramına sayılı günlər qalıb. Evlərdə bayram şirniyyatları bişir, səmənilər cücərdilir.
Lakin müəyyən səbəblərdən ev şəraitində şəkərbura, paxlava, qoğal hazırlaya bilməyənlər müxtəlif marketlərə, şirniyyat mağazalarına və ya evdə fərdi qaydada adını sadaladığımız bayram bişmişlərini hazırlayanlara üz tuturlar.
İşlədiyi üçün evdə bayramlıq şirniyyat hazırlamağa vaxt ayıra bilməyən Jalə xanım kimi...
Onun əsas şikayəti istər marketlərdə, istərsə də şirniyyat mağazalarında satılan məhsulların qiymətindəndir. Jalə xanım bildirir ki, mağazalarda qiymətlər “od tutub yanır”. Keyfiyyət isə çox aşağıdır.
Keyfiyyətdən şikayət edən digər istehlakçı isə Əsma xanımdır. O, ötən gün televiziya və sosial şəbəkələrdə reklam olunan brend şirniyyat mağazalarından birindən paxlava alıb. Lakin məhsulun qiyməti ilə keyfiyyəti üst-üstə düşməyib. Paxlavanın hazırlanmasında istifadə olunan məhsullar ailə üzvlərinin mədəsində narahatlıq yaradıb.
Bəs satışa qoyulan bu kimi məhsulların qiymət və keyfiyyətinə nəzarət necə həyata keçirilir?
News24.az olaraq bu sualla Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Bildirildi ki, qurum qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir: “Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər”.
Həmçinin qeyd edilib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir: “Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satış müəssisələrində satılan unlu qənnadı məmulatları, şirniyyat məhsulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə qeyd edib ki, bütün qida sektoru ilə məşğul olan qurumlar gərək Qida Təhlükəsizliyi Agentliyində reysterə daxil olsun. Agentlik onlarla treninqlər keçməlidir. Lakin qida sektoruna baxsaq görürük ki, çox əhatəli seqmentdir. Təxminən 50-60 faizi heç bir reysterə daxil deyil. Qida Təhlükəsizlik Agentliyinin məhdud sayda insanlarının onlara əli çatmır. Hətta bayram üçün şirniyyatları evdə hazırlayıb satanlar da var. Onların hamısı şirniyyatların ucuz əmələ gəlməsi üçün istənilən komponentlərdən istifadə edilər. Hətta brend mağazalarda belə məhsulların son istifadə tarixləri dəyişdirilir. Bu sahədə istehlakçı hüquqlarının böyük pozuntusu var. Nəzarət isə çox zəifdir”.
E.Hüseynov mağazalarda satılan bayram məhsullarının qiymətinə də toxunub: “Azad bazar iqtisadiyyatı şəraitində dövlət qiymətlərə müdaxilə edə bilməz. Hər kəs öz məhsulunu istəıdiyi qiymətə sata bilər. Bu da azad bazar iqtisadiyyatının mənfi cəhətlərindən biridir”.
Teymur Məmmədov