Prezident Hadrutun işğaldan azad edilməsindən danışdı
    • 16-03-2021, 12:25
    • 503

Prezident Hadrutun işğaldan azad edilməsindən danışdı

“Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin işğaldana azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli və Xocavənd rayonlarında olan zaman söyləyib. Ölkə başçısı bildirib ki, ilk növbədə ətraf dağlar götürülüb:"Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Oruduna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.