Ermənistan hökuməti: Qasparyan vəzifəsindən azad edildi
    • 18-03-2021, 12:23
    • 469

Ermənistan hökuməti: Qasparyan vəzifəsindən azad edildi

Ermənistan Nazirlər Kabineti Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsində saxlanılmasına dair məhkəmə qərarına münasibət bildirib.

News24.az
xəbər verir ki, Nazirlər Kabinetinin yaydığı məlumatda O.Qasparyan Baş Qərargah rəisi vəzifəsindən azad olunduğu bildirilib.

Qeyd edilib ki, Konstitusiya və Əsas qanunun müddəaları ilə etibarlı sayılan aktlarda dəyişiklik edilməsi nəzərdə tutulmur.