Polis olmaq istəyən qadınlar "bakirəlik testi"ndən keçməlidir
    • 24-10-2018, 17:25
    • 1 766

Polis olmaq istəyən qadınlar "bakirəlik testi"ndən keçməlidir

Polisə işə düzəlmək istəyən xanımların bakirəlik testi etdirməsi ölkədə qalmaqala səbəb olub. Hadisə İndoneziyada baş verib.

 İndoneziyada bu testin səbəbi polis işləmək istəyən qadınların bu müddət ərzində bakirə olmasının vacibliyidir. Dünya mətbuatına da yayılan bu xəbər böyük reaksiyaya səbəb olub.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının 2014-ci ildəki hesabatında İndoneziyadakı qadın polis namizədlərinə edilən bu tətbiqin heç bir elmi önəm kəsb etmədiyi və insan hüquqlarına zidd olduğunun vurğulanıb.

İnsan Haqqları İzləmə Təşkilatı da İndoneziya prezidenti Joko Vidododan bu testin tətbiqin qaldırılmasını tələb etmişdi.

//Unikal.org