"İlk sevgim oğlumun atası olub" - RÖYA - VİDEO
    • 19-03-2021, 10:56
    • 753

"İlk sevgim oğlumun atası olub" - RÖYA - VİDEO

"Hansısa mahnını ifa edəndə elə düşünürlər ki, kiməsə həsr etmişəm, öz həyatımdan oxumuşam.  Xeyr, belə deyil. 17 yaşımda "Söylə"ni oxumuşam. O vaxt sevgi barədə o qədər də anlayışım yox idi. İlk sevgim oğlumun atası olub. Bir qadın kişini çox sevməlidir ki, ondan övlad dünyaya gətirsin. "Sənə qədər" mahnısını sevib övlad dünyaya gətirən qadınlar üçün oxumuşam".

News24.az
xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan MTV-yə açıqlamasında deyib. Müğənni söhbət əsnasında ona söz atanlara da cavab verib: "Onlar mən olan yerdə deyillər, balacalarla işim yoxdur. Əlindən tutub gətirdiyim qızlar, oğlanlar, mən sizə ancaq qapı aça bilərəm. Üzünü mənə tutan hər bir insana qapımı açaram. Ancaq nələrsə danışanlar bilsinlər ki, onları görmədiyim üçün cavab vermirəm, yanımda yoxdurlar. Ancaq gördüklərimə cavab verirəm".

Sevda Bayramova