-
- 11-11-2019, 16:14
- 1 296
"Toyunu təmənnasız oxumuşam, amma..." TÜRKANDAN PƏRVİZƏ SƏRT CAVAB
Bir neçə gün öncə Xəzər Televiziyasında yayımlanan "Hər şey daxil" verilişində meyxanaçı Pərviz Bülbülə duet ortağı olan Türkan Vəlizadə ilə ayrılma səbəbini açıqlayıb: "Mən heç bir zaman bir insandan səbəbsiz yerə uzaqlaşmaram. Mənə qardaş qədər yaxın olan dostumun toyu idi, Türkanı çağırdım, gəlmədi. Mən də buna görə ona uğurlar arzu elədim".
News24.az xəbər verir ki, Vəlizadədən cavab gecikməyib: "Neçə gündür İnstaqramda şərhləri bağlayıram. Pərviz danışdı, mən yox. Ona görə mənə təhqir yazırlar. Bu da mənə çox pis təsir edir. İllərdir Pərvizlə dostuq, birlikdə çörək qazanırıq. Pərviz sənət adamıdır, bilir ki, özü də dəfələrlə yaxın dostlarının məclisinə çata bilməyib. Biz xalqın toylarını, məclislərini oxuyuruq. Pərvizin Azərbaycanda və kənarda olan dostlarının toyunu bir manatsız oxumuşam. Yenə də buna hazıram. Həmin dostunun rayondakı toyunu gedib başdan-ayağa təmənnasız oxumuşam. Bu dəfə uşağının məclisi idi. Toy varsa, bir gün əvvəl deyilməlidir. Mən də başqa bir toydayam. Necə mikrofonu yerə qoyub dəvətə gedim? Bu səbəb deyil. Yenə də Pərvizdən incimirəm. "Onunla duet oxumaram" demirəm. Pərvizə neçə toy dəvəti olub, hamısına bizi birlikdə çağırıblar, imtina edib. Mənim bunlardan heç xəbərim olmayıb. Pərvizin ayrılıq səbəbini də efirdən eşitdim".
Sevda Bayramova