Gürcü nazirdən NOVRUZ TƏBRİKİ
    • 21-03-2021, 12:40
    • 427

Gürcü nazirdən NOVRUZ TƏBRİKİ

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Novruz bayramı ilə bağlı tvitter hesabında paylaşım edib.

O, Gürcüstanda və dünyada bu bayramı qeyd edənləri təbrik edib.
XİN başçısı hamıya sevgi, ümid, hazırkı çətin zamanlarda xüsusilə vacib olan sülh və çiçəklənmə dolu il arzulayıb: “Qoy, baharın gəlişi həyatımıza yeni başlanğıclar və parlaq rənglər gətirsin”. /Report/