Sultan Huseyndən "Hand & Foot Evolution" gəlir
    • 21-03-2021, 19:41
    • 455

Sultan Huseyndən "Hand & Foot Evolution" gəlir

Gənc və istedadlı zərb alətləri ifaçısı Sultan Huseyn yaxın zamanda yeni proyektini dinəyicilərə təqdim edəcək.

News24.az xəbər verir ki, o, xoreoqraf-rəqqas İsmayıl Məmmədzadə ilə birgə yeni kompozisiya hazırlayır. Bu kompozisiyada İsmayıl "Amerikan tərzi step" hərəkətləri, Sultan Huseyn isə zərb alətləri ilə ritm ifa edəcəklər. Kompozisiyanin artıq adı da bəllidir - "Hand & Foot Evolution".

Onlar bu kompozisiyaya klip də çəkdirməyi planlayırlar. 

Belə ki, gənclər bu kompozisiyada qeyri-adi tərzdə səslərdən, rəngarəng ritmlərdən istifadə ediblər.

Sonluqda Azərbaycan ritmlərinin səslənməsi kompoziyaya xüsusi ab-hava gətirib.