Köçəryanın məhkəməsi yenidən təxirə salındı
    • 23-03-2021, 15:31
    • 455

Köçəryanın məhkəməsi yenidən təxirə salındı

Ermənistanın ikinci prezidenti Robert Köçəryanla bağlı İrəvanda keçirilən məhkəmə prosesi vəkillərin etiraz olaraq məhkəmə salonunu tərk etməsinə görə yenidən təxirə salınıb.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, buna səbəb hakim Anna Danibekyanın prokuror Gevorg Baqdasaryanın istefası ilə bağlı keçmiş prezidentin vəsatətinə baxmaqdan imtina etməsi olub.

Bundan başqa hakim vəsatətin müzakirəsini rədd edərək, məhkəmənin ittiham aktının son hissəsini müzakirə etməyə başladığını elan edib.

Bundan sonra R.Köçəryanın vəkilləri yekdilliklə sirkdə iştirak etmək istəmədiklərini söyləyərək məhkəməni tərk ediblər.

Vəkillərin bu addımına cavab olaraq A.Danibekyan növbəti iclasda intizam pozuntularına görə vəkillərə qarşı sanksiya tətbiq edilməsi məsələsi barədə danışıqlar aparılacağını açıqlayıb.

Növbəti məhkəmə prosesi 30 mart saat 13:00-da baş tutacaq.