Sinif yoldaşlarını partlatmaq istəyən şagird TUTULDU
    • 24-03-2021, 10:55
    • 393

Sinif yoldaşlarını partlatmaq istəyən şagird TUTULDU

Soçidə partlayıcı qurğu ilə sinif yoldaşlarına hücum etməyi planlaşdıran lisey şagirdi saxlanılıb.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində "VKontakte" sosial şəbəkəsində partlayıcı hazırlamaq və sinif yoldaşlarına hücum niyyəti barədə məlumat yerləşdirən şəxs saxlanılıb. 

Onun evində özünün hazırladığı partlayıcı və əldəqayırma partlayıcı qurğuların istehsalı üçün komponentlər aşkarlanıb.

Bundan əlavə, rabitə avadanlıqları, partlayıcı qurğuların yığılması və istifadəsi ilə bağlı təlimatları olan şəxsi gündəliyi, habelə təhsil müəssisələrinə silahlı hücumlara dair materiallar da taplıb.

Hadisə ilə bağlı cinayət işinin başlanması üçün hazırlıqlar görülür.