-
- 24-03-2021, 14:23
- 781
“Azərbaycan Minaların Qadağan Olunması haqqında Müqaviləyə qoşulmalıdır” - ŞƏRH
“Müharibə bitdikdən sonra erməni separatçılarının basdırdıqları minalar partlamaqda davam edir və vətəndaşlarımız həlak olurlar. Ermənistan minaların xəritəsini bizə vermir, Moskva da bu məsələdə İrəvana təzyiq etmir. Bunun əvəzində təşkilatı bizi hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmamaqda ittiham edir. Adı çəkilən təşkilatı rəsmi Bakının 10 noyabrdan sonra əli silahlı ələ keçirilən separatçı-terrorçuların əsir sayılmadığı və onlarla normal davranıldığı arqumenti maraqlandırmadığı kimi, Ermənistanın minaladığı ərazilərin xəritəsini Azərbaycana niyə verməməsi də maraqlandırmır. Halbuki minaların partlamasından mülki insanların həlak olması sözdə insan haqlarıyla məşğul olan təşkilatı narahat etməli idi”.
News24.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O hesab edir ki, Azərbaycanın Minaların Qadağan Olunması haqqında Müqaviləyə qoşulmasına ehtiyac var: “Bu beynəlxalq hərəkatdır, 1992-ci ildə təsis olunub. Hərəkat piyadalar əleyhinə minaların istehsalını və istifadəsini qadağan edir. Azərbaycan piyadalar əleyhinə mina istehsal etmir və ixrac etmir. Azərbaycan müharibəyə qədər hərəkata qoşulmamışdı. Arqumentimiz obyektiv idi, çünki münaqişəyə son qoyulmamışdı. İndi isə torpaqlarımızı azad etmişik və minalar bizə problemlər yaradır. Ona görə də müqaviləyə imza atmaqla hərəkatın Ermənistana təzyiq etməsinə nail olmaq mümkündür”.