Tovuzda avtomobil aşdı beş nəfər xəsarət aldı - SİYAHI
    • 26-03-2021, 16:20
    • 538

Tovuzda avtomobil aşdı beş nəfər xəsarət aldı - SİYAHI

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində Gəncə şəhər sakinləri olan 5 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Onlar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Xəsarət alan şəxslər aşağıdakılardır:

2000-ci il təvəllüdlü Məmmədova Aytac Elzar qızı;
1950-ci il təvəllüdlü Hüseynova Şöhlə Əmiraslan qızı;
2001-ci il təvəllüdlü Məmmədov Qorxmaz Ağa oğlu;
1973-cü il təvəllüdlü Məmmədova Lalə Qorxmaz qızı
1969-cu il təvəllüdlü Qənbərova Qahirə Qorxmaz qızı.
Yaralıların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. /Report/