-
- 26-03-2021, 18:55
- 694
"Seperatçılarla masaya oturmaq siyasi iflasımız olar" - Rusiyanın məkrli planı - ŞƏRH
Rusiya və Azərbaycan Xarici İşlər nazirləri arasında görüş planlaşdırılır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada baş tutacaq Müstəqil Dövlətlər Birliyi xarici işlər nazirlərinin iclası çərçivəsində keçiriləcək.
Bəs, Moskva görüşündə tərəflər hansı məsələləri müzakirə edəcəklər?
Bu və digər suallara aydınlıq gətirən politoloq Cümşüd Nuriyev News24.az-a bildirib ki, bütün hallarda Rusiya Azərbaycanla ikitərəfli danışıqlarda qeyri-səmimidir:
"Bu görüşdə Rusiya öz maraqlarının hamısını həyata keçirməyə çalışacaq. Rusiya hərbi müstəvidə Azərbaycanda dayanıqlı olmaq istəyir. Rusiyanın Qarabağda 5 və ya 10 illik yox, uzunmüddətli planı var. Gözləmədikləri vaxtda Şuşa əllərindən çıxdı. Xankəndini əllərində saxlamaqla çalışacaqlar ki, burada daha da möhkəmlənsinlər. Onlardan Azərbaycana qarşı hər cür provakasiya gözləyirəm. Bir saatın içində helikopteri özləri vurduğu halda cəzanı Azərbaycana kəsmələri buna gözəl nümunədir. Ermənistan tərəfi kaputilyasiyanı qəbul etsə də, Rusiya bu qələbədən tam həzz almağa bizə imkan verməyəcək. Bu görüşdə Azərbaycan tərəfinə təzyiqlər olacaq".
Cümşüd Nuriyev vurğulayıb ki, Rusiyanın əsas məqsədi Qarabağdakı seperatçı qüvvələrin rəhbərləri ilə Azərbaycan rəsmilərinin görüşünü təşkil etməkdir: "Ermənilər bu anı həsrətlə gözləyirlər. Belə bir görüşün baş tutması bizim üçün çox ciddi fəsadlarla nəticələnə bilər. Ayıq və ehtiyatlı davranmalıyıq. Bu hadisə baş verərsə, ermənilər bütün dünyaya car çəkəcəklər ki, Azərbaycan onları tərəf kimi tanıdı. 1993-cü ildə 822-ci qərarın qəbul edilməsini əsas gətirərək, Kəlbəcəri işğal etdilər. Rusiya indi də eyni kartları oynayır. Qarabağdakı seperatçılarla Azərbaycan rəsmilərinin görüşü siyasi iflasımız deməkdir".
Siyasət şöbəsi