Bakıda hərbçiləri avtomobil vurdu - Yaralıların vəziyyəti ağırdır
    • 25-10-2018, 15:50
    • 650

Bakıda hərbçiləri avtomobil vurdu - Yaralıların vəziyyəti ağırdır

Bu gün Xətai rayonu, Nobel prospektində iki hərbiçini - Vüqar Mahmudovu və  Dəniz Qasımovu avtomobil vurub. 
Hadisə "Asiman” şadlıq evinin qarşısında  baş verib.

Onlardan birinin 20, digərinin 21 yaşı var.

Hər iki yaralı təcili yardımla Tibbi Klinik Mərkəzə aparılıb.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkir təsdiqləyib. 

Xəstəxanadan bildiriblər ki, hər iki şəxsdə sınıq və travmalar var. Yaralıların vəziyyəti orta-ağırdır.