Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırıldı - Fotolar+Yeniləndi
    • 29-03-2021, 18:41
    • 400

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırıldı - Fotolar+Yeniləndi

Heydər Əliyev prospektində baş verən avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından News24.az-a verilən xəbərə görə, qəza nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan 2-si kişi, 1-i qadındır. 2 nəfərin vəziyyəti orta ağırdır. Bir nəfər isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. 

***

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan hissədə) ağır qəza qeydə alınıb.
Qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

***
Bakının Heydər Əliyev prospektində baş verən ağır yol-nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti - “Koroğlu” metrostansiyası istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.

News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən hazırda “Koroğlu” istiqamətində kənar yolda, eləcə də, Xətai prospektindən və Yusif Səfər küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.
















 Bizi Telegram