-
- 30-03-2021, 11:38
- 525
"Çəkindiyim ad və soyadım başımın ucalığı, fəxrim oldu" - ZÜLFİYYƏ XANBABAYEVA - VİDEO
Xalq artisti Zülfiyyə Xanbabayeva ARB TV-də yayımlanan "Özəl" verilişinin qonağı olub.
News24.az xəbər verir ki, proqram əsnasında bir çox maraqlı məqamlara toxunulub. Müğənni bildirib ki, uşaqlıqda adından və soyadından çəkinib: "Bütün sinif yoldaşlarımın ad, soyad və ata adları çox sadə idi. Mənim ad və soyadım isə jurnalın demək olar ki, yarı səhifəsini tuturdu. Xanbabayeva Zülfiyyə Güloğlan qızı. Zaman keçdi, həmin o çəkindiyim ad və soyadım başımın ucalığı, fəxrim oldu. Uzun olduğuna görə istəmirdim. Çünki başqa sadə - dörd, beş hərfdən ibarət adlar var idi. Ona görə də həmişə çəkinirdim. Hətta universitetdə oxuyanda düşünürdüm ki, adımı dəyişə bilərəm, ya yox? Məsələn: "Aysel, Leyla" adından çox xoşum gəlirdi. Əgər dəyişsəydim onlardan birini qoyardım".