“Üçüncü dalğa gəlir, ehtiyatlı olmalıyıq” - ADİL QEYBULLA
    • 30-03-2021, 18:39
    • 414

“Üçüncü dalğa gəlir, ehtiyatlı olmalıyıq” - ADİL QEYBULLA

 “Hər gün təqdim edilən statistikalarda insanların neçə faizinin klassik və ya Britaniya ştammına yoluxduğunu bilmək mümkün deyil”.


Bunu News24.az-a açıqlamasında professor, həkim Adil Qeybulla deyib: “İnsanların klassik və ya Britaniya ştammına yoluxduğunu bilmək üçün genetik səviyyədə müayinələr getməlidir. Bu isə hər ölkədə icra olunmur. Mutasiyaya uğrayan ştammlar özlərini çox aqressiv aparırlar. Britaniya ştammı ölüm hallarını artırıb. Bu, rəsmən üçüncü dalğadır və çox ehtiyatlı olmalıyıq. Vəziyyət pisləşsə, yəqin ki, karantin sərtləşəcək”.

Professor bildirib ki, yoluxma gənclər arasında da artıb: “Yaşlı insalar iisə əvvəlki kimi yoluxma statistikasında üstünlük təşkil edirlər. Koronavirus ilk vaxtlarda uşaqlarda özünü subklinik formada – yəni əlamətsiz büruzə verirdi. Ancaq mutasiyaya uğrayandan sonra yüksək hərarət, ürəkbulanma, qusma və s. kimi əlamətlərlə keçir”.

Məhərrəm Əliyev