Baş nazirdən vaksinasiya prosesinin sürətləndirilməsi ilə bağlı TAPŞIRIQ
    • 31-03-2021, 19:31
    • 482

Baş nazirdən vaksinasiya prosesinin sürətləndirilməsi ilə bağlı TAPŞIRIQ

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib.

Bu barədə News24.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilib.