-
- 1-04-2021, 17:17
- 560
Köçəryan seçkiyə terrorçular və korrupsionerlərlə gedir – Xocalı qatili “sanballı” siyahı hazırlayır
Ermənistanın sabiq prezidenti, Xocalı qatillərindən olan Robert Köçəryan aktiv seçki hazırlıqlarına başlayıb.
News24.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Köçəryan növbədənkənar parlament seçkilərinə “sanballı” namizədlərlə qatılmağa çalışır. Ermənistanın “Qraparak” qəzetinin yaydığı məlumata görə, sabiq prezidentin hazırladığı namizədlər siyahısında azərbaycanlılara qarşı həyata keçirilmiş terror aktlarının əsas təşkilatçılarından və iştirakçılarından olmuş sabiq müdafiə naziri Seyran Ohanyanın da adı var.
Xatırladaq ki, S.Ohanyan II Qarabağ Müharibəsi zamanı təkrar Azərbaycana qarşı döyüşmək üçün Xankəndiyə gəlmişdi. 6 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun həmlələri nəticəsində o və oğlu ağır şəkildə yaralanmışdı.
R.Köçəryanın deputatlığa namizədləri siyahısında digər tanınmışların da adına rast gəlinir. Bu sırada Nikol Paşinyan tərəfindən vurulmuş şəxslərin namizədliyi daha çox diqqət çəkir. Məsələn, siyahıda sabiq baş qərargah rəisi Yuri Xaçaturovun da adının olmasını erməni mətbuatı da təəccüblə qarşılayıb. Ekspertlər Xaçaturovun korrupsiya ittihamları ilə həbsdə olmasını, bir çox qalmaqallarda iştirak etdiyini, şəxsinin cəmiyyətdə mənfi impulslar yaratdığını əsas göstərərək, Köçəryanın zədəli imicə malik şəxslərlə uğur qazana bilməyəcəyini də deyirlər.
“Qraparak” yazır ki, Köçəryanın siyahısında baş nazirin sabiq müavini Armen Qevorkyanın, keçmiş baş nazir Karen Karapetyanın və sabiq ədliyyə naziri Arpine Ovanisyanın da adı var. Bundan başqa, namizədlər siyahısına, “VivaCell-MTS” mobil operatorunun rəhbəri Ralf Yirikyanın və tanınmış iş adamı Artak Tovmasyanın da adının salınacağı gözlənilir.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri bu il iyunun 20-də keçiriləcək.
News24.Az