Qubada qanunsuz fəaliyyət göstərən restoran aşkar edildi
    • 2-04-2021, 10:45
    • 288

Qubada qanunsuz fəaliyyət göstərən restoran aşkar edildi

Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında inzibati ərazidə xidmət aparan zaman rayonun Barlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən restoran aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan News24.az-a verilən məlumata görə,dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elnur Həsənəliyev və orada olan müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar.