Bakıda gənc qızı avtomobil vurub
    • 28-04-2024, 09:00
    • 306

Bakıda gənc qızı avtomobil vurub


Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az report.az-a istinadən xəbər verir ki, rayon ərazisində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Güldəstə Ruslan qızı Eminovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.