-
- 2-04-2021, 19:36
- 547
Sahibə Qafarova Türkiyənin ticarət naziri ilə GÖRÜŞDÜ
Aprelin 2-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
News24.az xəbər verir ki, spiker qonaqları səmimi salamlayaraq, bu səfərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib. Görüşdə Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın dünya siyasi münasibətlər sistemində alternativi yoxdur. Möhkəm təməl üzərində qurulmuş bu münasibətlər xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Azərbaycanla Türkiyə arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir.
Parlamentin Sədri Azərbaycanın apardığı 44 günlük müharibə dövründə Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın yanında yer almasını, ölkəmizə siyasi və mənəvi dəstək göstərməsini xüsusi qeyd edib. Bildirilib ki, biz qardaş Türkiyənin bu dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiyanı təmsil edən millət vəkillərinin Azərbaycanın haqq işinə açıq dəstək verməsi ölkə ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanıb. Vətən müharibəsi dönəmində Türkiyə parlamentinin müxtəlif səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri və erməni təcavüzünə məruz qalmış bölgələrdə vəziyyətlə yerində tanış olmaları Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət iki dövlət” ifadəsinin real həyatda təcəssümüdür.
Görüşdə bildirilib ki, iqtisadi sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi və qarşıya qoyulan hədəflər bu fikri söyləməyə əsas verir. Azərbaycanla Türkiyənin reallaşdırdığı neft, qaz və nəqliyyat layihələri ölkələrimizin bölgədəki rolunu daha da artırır.
Milli Məclisin Sədri Sahibə Qafarova hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərməsinin əməkdaşlığımızın ümumi ruhuna uyğun olduğunu söyləyib. Qeyd edilib ki, deputatlarımızın müxtəlif platformalarda mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcan ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib. Qonaq böyük nümayəndə heyəti ilə ölkəmizdə səfərdə olduğunu, başçılıq etdiyi sahə üzrə əlaqələrin daha da dərinləşdirilməsi üçün müvafiq danışıqlar aparıldığını deyib. Bildirilib ki, türk xalqı Azərbaycanın Vətən müharibəsində qazandığı zəfəri böyük coşqu ilə qarşılayıb.
Qeyd edilib ki, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdə bərpa işlərində yaxından iştirak etmək, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə investisiyalar yatırmaq niyyətindədirlər. Türkiyə strateji müttəfiq kimi hər zaman Azərbaycanın yanındadır və bundan sonra da qardaş Azərbaycan xalqına öz dəstəyini əsirgəməyəcək.
Görüşdə çıxış edən Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Tahir Mirkişili münasibətlərimizin bu günü və gələcək inkişaf perspektivləri barədə öz fikirlərini bildiriblər. Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.