Məşhur müğənni İslamı qəbul etdi – Video
    • 26-10-2018, 10:46
    • 753

Məşhur müğənni İslamı qəbul etdi – Video

Məşhur müğənni Şineyd Okonnor İslamı qəbul etdiyini açıqlayıb.
Müsəlman olan müğənni adını da dəyişib. İndi onun adı Şühəda Davitdir.
Şineyd Tvitterdəki səhifəsində katolik xristianlığı tərk edərək İslamı seçdiyini bildirib:
“Müsəlman olduğum üçün qürur duyuram. Bu, hər ağıllı ilahiyatçının təbii olaraq əldə edəcəyi nəticədir. Bütün müqəddəs yazılar bizi İslama aparır. İslam bütün digər müqəddəs kitablardan daha üstündür”.
51 yaşlı müğənni müsəlman olduqdan sonra adını da dəyişib və bundan sonra Şühəda Davitt adlandırılıb.
Şühəda Tvitter səhifəsində başını bağladığı fotolar paylaşıb. O, profil fotosu əvəzinə “Çadra tax” sloqanı yazısı paylaşıb. Müğənni hicablı fotosunun altına “Xoşbəxt” yazısını qeyd edib.
Şühəda Bəqərə surəsində Həzrət Musanın dediyi “Belə cahillərdən biri olmaqdansa Allaha sığınaram” cümləsini paylaşıb. Bundan başqa azanı da səsləndirərək video paylaşıb.
Müğənni ABŞ-ın İndiana ştatında anadan olub. 1983-cü ildə atasının köməyi ilə Nyutaun adlı məktəbdə musiqi ilə məşğul olaraq albom buraxıb.
Sonradan “Ton Ton Macoute” qrupu ilə səhnəyə çıxıb. Con Reynoldsala evlənib. Bob Dilan, Bono, Marko Pironi kimi məşhur sənətçilərlə işləyib.
//ölkə.az