Rusiyadan Ukrayna və NATO-nun Krım müharibəsinə hazırlaşmasına CAVAB
    • 3-04-2021, 13:12
    • 482

Rusiyadan Ukrayna və NATO-nun Krım müharibəsinə hazırlaşmasına CAVAB

Rusiyanın Dövlət Duması və Federasiya Şurası Ukraynanın Donbass üzrə Üçtərəfli Təmas Qrupundakı nümayəndəsi Aleksey Arestoviçin "NATO-nun "Defender Europe 2021" təlimlərinin Rusiya ilə müharibə üçün lazımdır" sözlərini şərh edib.

News24.az xəbər verir ki, A.Arestoviç ittifaq artıq qüvvələrin köçürülməsinə, eləcə də maddi-texniki məsələləri təşkil etməyə başlayıb. Əsas məqsədin Krım və Balkanlar olduğunu bildirib.

Rusiya Dövlət Dumasının millət vəkili Ruslan Balbek qeyd edib ki, Kiyev bu cür bəyanatlarla öz əhəmiyyətini nümayiş etdirməyə, eyni zamanda vətəndaşları ittifaqın məhz Ukrayna uğrunda qruplaşma yaratdığına inandırmağa çalışır və Rusiyaya qarşı bütün cəbhələrdə döyüşməyə hazırlaşır.

Krım bölgəsindən olan deputat Mixail Şeremet də öz növbəsində bu açıqlamadan sonra Qərbin NATO-nun təcavüzkar mahiyyətini inkar edə bilməyəcəyinə inandığını deyib. O, Rusiyaya qarşı hər hansı bir hərbi addım atmadan əvvəl ittifaqa Böyük Vətən Müharibəsi tarixini yaxşı oxumağı və vaxtında yenidən düşünməyi tövsiyə edib. Həmçinin vurğulayıb ki, hücumun nəticələri çox dəhşətli olacaq.