Bolqarıstanda parlament seçkiləri KEÇİRİLİR
    • 4-04-2021, 13:25
    • 402

Bolqarıstanda parlament seçkiləri KEÇİRİLİR

Bolqarıstanda 45-ci Xalq Məclisi deputatlarının seçkiləri keçirilir.

News24.az TASS-a istinadən xəbər verir ki, seçkilərdə təxminən 6,7 milyon vətəndaş səsvermə hüququna malikdir. Seçki məntəqələri Bolqarıstandan başqa həmçinin dünyanın 69 ölkəsində fəaliyyət göstərir.

Bugünkü siyasi marafonda 22 partiya və 8 seçki koalisiyasının nümayəndələri iştirak edirlər. Xalq Məclisində 240 yerə 6 895 namizəd iddialıdır.
Səsvermələrin gedişini 3,4 mindən çox müşahidəçi izləyir. Onlar arasında beynəlxalq müşahidəçilər, o cümlədən Azərbaycan təmsilçiləri də var.

Səsvermənin nəticələri üç-dörd gün sonra məlum olacaq.