Netanyahu korrupsiya iddiası ilə bağlı məhkəməyə gəldi
    • 5-04-2021, 11:15
    • 417

Netanyahu korrupsiya iddiası ilə bağlı məhkəməyə gəldi

Korrupsiyada ittihamı olunan İsrail Baş Naziri Binyamin Netanyahu Qüds Bölgə Məhkəməsinə gəlib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün məhkəmənin sübut hissəsi baş tutacaq və bu anlar telekanallar tərəfindən yayımlanacaq.

Məhkəmənin bu mərhələsində 300-dən çox ittiham və müdafiə şahidinin ifadəsinə baxılacaq.

"2000" və "1000" işlərində Netanyahuya qarşı fırıldaqçılıq və xalqın etimadını aldatma ittihamları irəli sürülüb. "İş 1000" Netanyahunun Hollivud prodüseri Arnon Milçindən ümumi dəyəri təxminən 300 min dollar olduğu təxmin edilən bahalı hədiyyələr, xüsusən xüsusi siqarlar və şampan alması şübhəsiylə əlaqədardır.

İstintaq hesab edir ki, hədiyyə müqabilində Netanyahu oliqarxın şəxsi və iş maraqlarına lobbiçilik edib.

"İş 2000"-də Baş nazirin ölkənin ən böyük media qruplarından "Yediot Ahronot" birinin sahibi ilə danışıqlar aparmaq cəhdlərindən bəhs edir.