SOCAR  aprelin 15-dək Ermənistana Rusiya qazını nəql edəcək
    • 5-04-2021, 13:51
    • 612

SOCAR aprelin 15-dək Ermənistana Rusiya qazını nəql edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Qazprom Export" ilə qısamüddətli müqaviləyə əsasən, 150 milyon kubmetrə qədər Rusiya qazını Ermənistana nəql edir.

News24.az xəbər verir ki, bu barədə "RİA"-ya şirkətin rəsmi nümayəndəsi İbrahim Əhmədov məlumat verib. Bildirilib ki, martın 17-də "Gazprom Export" SOCAR ilə Rusiya qazının nəqli üçün qısa müddətli müqavilə imzalayıb və bunun "Şimali Qafqaz-Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükün davam etdirilməsinə imkan verəcək. 

Təmir işlərinin təxminən üç həftə çəkə biləcəyi qeyd edilib. İşlər tamamlandıqdan sonra qaz Rusiya-Gürcüstan sərhədindən əvvəlki marşrut üzrə nəql ediləcək.

Rusiya qazının Ermənistana tədarükü üçün müvəqqəti yol 2021-ci il aprelin 15-dək davam edəcək.