Azərbaycanda bu gün 202 nəfərə peyvənd vuruldu
    • 5-04-2021, 16:59
    • 390

Azərbaycanda bu gün 202 nəfərə peyvənd vuruldu

Bu gün Azərbaycanda 202 doz vaksin vurulub.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ peyvənd olunanların sayı 98 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 104 olub.

Ümumilikdə, indiyədək ölkədə 947 min 947 doz vaksin vurulub. Bunlardan 591 min 12-si birinci mərhələ, 356 min 935-i isə ikinci mərhələ vaksinasiyadır.