Azərbaycanda nazir müavini koronavirusa yoluxdu
    • 6-04-2021, 11:00
    • 446

Azərbaycanda nazir müavini koronavirusa yoluxdu

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə koronavirusa yoluxub.

Bu barədə News24.az-a Nazirlikdəki mənbə məlumat verib.

Məlumata görə, PCR testinin nəticəsi "müsbət" çıxmış E.Vəlizadə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti sabitdir.

Xatırladaq ki, 1964-cü il təvəllüdlü E.Vəlizadə 2007-ci ildən nazir müavinidir.