Dini konfessiya rəhbərləri Ağdam Cümə məscidində ibadət etdilər - Fotolar
    • 7-04-2021, 13:30
    • 549

Dini konfessiya rəhbərləri Ağdam Cümə məscidində ibadət etdilər - Fotolar

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri davam edir.

QMİ sədri və dini konfessiya rəhbərləri səfər çərçivəsində Ağdam şəhərində yerləşən Cümə məscidini ziyarət ediblər. Cümə məscidində azan verilib, namaz qılınıb, Quran və şəhidlərin ruhlarına dualar oxunub. 

Qeyd edək ki, Cümə məscidindən sonra QMİ sədri və dini konfessiya rəhbərləri Qiyaslı məscidini də ziyarət edəcəklər. /APA/