-
- 7-04-2021, 19:44
- 469
"Türkiyənin pandemiyaya tək başına qalib gəlməsi vacib deyil" - Ərdoğan
"Məqsədimiz Ramazan ayında ölkəmizə istirahət verərək bayram üçün xoş addımlar atmaqdır".
News24.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri bildirib ki, yoluxmaların sayını bir neçə minlik rəqəmə endirə bilsək, may ayında başlayacaq turizm sektorunu və içindəki ticarət dinamizmini yoluna qoymaq mümkün olacaq: "Türkiyənin pandemiyanı tək başına yumşaltması və ya tamamilə epidemiyanı məğlub etməsi o qədər də əhəmiyyətli deyil. Əsas odur ki, dünyada, xüsusən də yaxın humanitar və ticari əlaqələr qurduğumuz coğrafiyalardakı ümumi inkişafdan geri qalmamaq və hətta mümkünsə irəli getmək".