Nazirlik əməkdaşları ağacəkmə aksiyasına qoşuldu - Fotolar
    • 8-04-2021, 13:56
    • 503

Nazirlik əməkdaşları ağacəkmə aksiyasına qoşuldu - Fotolar

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində növbəti ağacəkmə aksiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qoşulub.

News24.az xəbər verir ki, nazirliyin əməkdaşları, DOST könüllüləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin əməkdaşları tərəfindən Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində 2 hektar ərazidə 1500-dək ağac (şam və zeytun) əkilib.

Ağacəkmə aksiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də iştirak edib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bu aksiyaların əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

“Yaşıl Marafon” çərçivəsində yaz və payız əkin mövsümləri müddətində ölkədə 1 milyona yaxın ağac əkilməsi, yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub.