Putin Merkellə Donbassı müzakirə etdi
    • 8-04-2021, 15:45
    • 479

Putin Merkellə Donbassı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Angela Merkellə arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Danışıq zamanı V.Putin Kiyevin Donbassdakı vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirən təxribatçı hərəkətlərinə diqqət çəkib. Həmçinin Putin və Merkelin bir sıra aktual beynəlxalq mövzuları da müzakirə etdikləri qeyd olunub.

Rusiya prezidenti və Almaniya kansleri Ukraynadaxili böhranının həlli ilə bağlı fikir mübadiləsi apararkən ölkənin cənub-şərqində gərginliyin artmasından narahatlıqlarını ifadə ediblər.