Erməni əsgərlərin valideynləri MN binasını MÜHASİRƏDƏ SAXLAMAĞA DAVAM EDƏCƏKLƏR
    • 9-04-2021, 16:39
    • 483

Erməni əsgərlərin valideynləri MN binasını MÜHASİRƏDƏ SAXLAMAĞA DAVAM EDƏCƏKLƏR

Qarabağ müharibəsi zamanı itkin düşən erməni hərbi qulluqçuların valideynləri və qohumları Ermənistan Müdafiə Nazirliyinin binasını mühasirədə saxlamağa davam etdirlər.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə əsgərlərdən birinin valideyni bildirib. 

Polis rəisi Vahe Qəzaryan itkin düşən hərbçilərin valideynərinin qarşısına çıxaraq onlardan 10 nəfərin binaya daxil olmasına icazə verildiyini bildirib. Lakin onun bu təklifi rədd edilib. Etirazçıların hamısı Müdafiə Nazirliyinin Binasına daxil olmaq istədiklərini vurğulayıblar.