Ərdoğanla Putin "Sputnik V" vaksininin birgə istehsalı barədə FİKİR MÜBADİLƏSİ APARDI
    • 9-04-2021, 19:29
    • 394

Ərdoğanla Putin "Sputnik V" vaksininin birgə istehsalı barədə FİKİR MÜBADİLƏSİ APARDI

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün baş tutmuş telefon danışığında koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məsələlərini detallı müzakirə ediblər.

News24.az
xəbər verir ki, liderlər bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, o cümlədən bu kontekstdə Rusiyanın "Sputnik V" vaksininin çatdırılması və birgə istehsalı imkanlarını baxımından addımlar atmağa hazır olduqlarını bildiriblər.

Ərdoğan Türkiyədə epidemiya əleyhinə görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, prioritet məsələlərdən biri xarici turistlərin təhlükəsizliyinin təmin olunmasıdır.   

Qərara alınıb ki, o cümlədən Rusiya vətəndaşlarının sağlamlığının qorunması baxımından müvafiq strukturların xətti ilə sıx təmaslar aparılsın.