-
- 9-04-2021, 19:45
- 506
Kürdə bacı və qardaş BATDI
Kür çayının Sabirabad rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində bacı və qardaş batıb.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.